Pentaqon rəhbəri: "ABŞ İranla vəziyyətin diplomatik həllini axtarır"

Pentaqon rəhbəri: "ABŞ İranla vəziyyətin diplomatik həllini axtarır"
# 07 yanvar 2020 23:36 (UTC +04:00)

Birləşmiş Ştatlar general Qasım Süleymaninin öldürülməsindən sonra İranla münaqişənin diplomatik həllini axtarır.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Müdafiə naziri Mark Esper jurnalistlərə açıqlamasında bildirib.

“Biz diplomatik həll yolu axtarırıq, amma əvvəlcə İran de-eskalasiyaya getməlidir”, - Esper belə deyib.

Pentaqon rəhbəri Vaşinqtonun İranla müharibə istəmədiyini bir daha təkrarlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR