Pompeo Aİ diplomatiyasının rəhbəri ilə İran və Liviya ətrafındakı vəziyyəti müzakirə edib

Pompeo Aİ diplomatiyasının rəhbəri ilə İran və Liviya ətrafındakı vəziyyəti müzakirə edib
# 10 yanvar 2020 08:14 (UTC +04:00)

ABŞ Dövlət katibi Mayk Pompeo və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel arasında telefon bağlantısı olub.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, diplomatlar telefon söhbətində İranın son addımlarını və Liviyada atəşkəsə ehtiyac olduğunu müzakirə ediblər. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequsun cümə axşamı yaydığı açıqlamada deyilir.

“Dövlət katibi Aİ-nin Ali nümayəndəsi ilə Yaxın Şərqdə davam edən təhlükəsizlik problemlərini, o cümlədən İranın bölgədə sabitliyi pozan rolu, beynəlxalq koalisiyanın İŞİD-lə mübarizəsində uğur qazanmağın və gələcək irəliləyişin təmin edilməsinin vacibliyini müzakirə edib. Tərəflər Liviyada davamlı atəşkəs və siyasi nizamlanmanın vacibliyini də nəzərə alıblar”, - deyə məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR