Pompeo İranı və müttəfiqlərini Bağdaddakı hərbi aviabazaya hücumda ittiham edib

Pompeo İranı və müttəfiqlərini Bağdaddakı hərbi aviabazaya hücumda ittiham edib
# 14 dekabr 2019 02:47 (UTC +04:00)

Cümə günü ABŞ dövlət katibi Mayk Pompeo İranı və onun müttəfiqlərini Bağdad Beynəlxalq Hava Limanına yaxın ərazidə yerləşən hərbi aviasiya bazasına hücumda ittiham edib.

APA TASS-a istinadən xəbər verir ki, dövlət katibi bu barədə özünün “twitter” səhifəsində yazıb.

"Biz bu həftə Bağdad hava limanının yaxınlığında beş İraqlı əsgəri yaralayan İrana yaxın qüvvələrin hücumunu qəti şəkildə pisləyirik”. - Pompeo bildirib.

Qeyd edək ki, həftənin bazar ertəsi günü Bağdad Beynəlxalq Hava Limanının yaxınlığında yerləşən bir hərbi bazanın atəşə tutulması nəticəsində azı altı hərbi qulluqçu yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR