Pompeo Rusiya hökumətindəki dəyişikliklərdən danışıb

Pompeo Rusiya hökumətindəki dəyişikliklərdən danışıb
# 18 yanvar 2020 00:18 (UTC +04:00)

ABŞ Dövlət katibi Mayk Pompeo Rusiyada nazirlər kabinetində aparılan dəyişikliklərə münasibət bildirib və deyib ki, Vaşinqton vəziyyətin necə inkişaf edəcəyini qiymətləndirməlidir.

APA xəbər verir ki, Pompeo bu fikirləri yerli radiostansiyaya verdiyi müsahibəsində səsləndirib.

“Fikrimizcə, ölkələrarası münasibətlərimiz var. Rusiya hökumətindəki bəzi dəyişikliklərdən sonra rəsmi Moskvaya qarşı addımlarımız, çətin ki, dəyişsin”, - deyə diplomat qeyd edib.

Bildirilir ki, Moskvada ikitərəfli münasibətlər üzərində ABŞ-ın bu ölkədəki yeni səfiri Con Sallivan işləyəcək. Onun artıq Rusiya paytaxtına gəldiyi və Con Hantsmanı əvəz etdiyi məlum olub.

Rusiya XİN Sallivanı “yüksək peşəkar, təcrübəli bir diplomat” kimi xarakterizə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR