ABŞ dövlət katibi Mayk Pompeonun 2020-ci ilin əvvəlində səfər edəcəyi ölkələr açıqlanıb.
APA-nın xəbərinə görə, bu barədə M. Pompeo rəsmi "Twitter" səhifəsində məlumat verib.
“Qarşıdan gələn ildə həmkarlarımla görüşmək və ABŞ-ın Avropa və Mərkəzi Asiya ilə bağlı prioritetlərini təsdiqləməkdən ötrü 3Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan və Kiprə səyahət edəcəyim üçün həyəcanlıyam”, - deyə ABŞ dövlət katibi bildirib.
M. Pompeo adıçəkilən ölkələrə 3-7 yanvarda səfər edəcək.