Qvatemalada "Eta" fırtınası 50-dən çox insanın ölümünə səbəb olub

Qvatemalada "Eta" fırtınası 50-dən çox insanın ölümünə səbəb olub
# 06 noyabr 2020 08:32 (UTC +04:00)

“Qvatemalada “Eta” fırtınasının yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində 50-dən çox insan həyatını itirib”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandro Qiammattei rəsmi “Twitter” səhifəsində bildirib.

"Səhər 4 qurban idi, indi onların sayı 50-dən çoxdur", - dövlət başçısı vurğulayıb.

Prezident hadisə ilə bağlı ölkənin 9 departamentində fövqəladə vəziyyət rejiminin elan olunduğunu bildirib.

Fırtına nəticəsində yüzlərlə ev və bir sıra yollar yarasız hala düşüb. Ən ciddi ziyan Alta Verapaz, İsabal, Quiçe və Petain departamentlərinə dəyib.

Qvatemala ilə həmsərhəd olan Hondurasda azı 11 nəfərin öldüyü bildirilir.

“Eta”nın cümə günü Karib dənizinə qayıdacağı və Kuba istiqamətində hərəkət edəcəyi təxmin edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR