“Rolling Stones” qrupu Trampı onların mahnılarından icazəsiz istifadə etməməyə çağırıb

“Rolling Stones” qrupu Trampı onların mahnılarından icazəsiz istifadə etməməyə çağırıb
# 28 iyun 2020 08:36 (UTC +04:00)

Məşhur britaniyalı rok-qrup “Rolling Stones” ABŞ Prezidenti Donalda müraciət edib və mitinqlərdə onların mahnılarından istifadəyə son qoymağa çağırıb.

APA xəbər verir ki, bu barədə “Deadline” nəşri yazıb.

“Broadcast Music, Inc., BMI” müəllif hüquqlarının müdafiəsi təşkilatı qrupun müraciəti əsasında Donald Trampın seçkiqabağı kampaniyasının üzvlərini bu barədə məlumatlandırıb və mahnılardan icazəsiz istifadənin lisenziya razılaşmasının pozulması olduğunu bildirib. Təşkilat qeyd edib ki, əks halda Trampın kampaniyası üçün hüquqi tədbir görüləcək.

Musiqiçilər 2016-cı ildə də D.Trampa eyni iddia ilə müraciət etmişdilər, ancaq amerikalı lider buna əhəmiyyət verməmişdi.

Buna qədər oxşar narazılıqlar Elton Con, Adel, Rihanna, “Queen” və Panic! At the Disco” qrupları tərəfindən də səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR