Rusiya ABŞ-ın on diplomatını ölkədən çıxarır - YENİLƏNİB

Rusiya ABŞ-ın on diplomatını ölkədən çıxarır - <span class=YENİLƏNİB'>
# 21 aprel 2021 17:28 (UTC +04:00)

ABŞ səfirliyinin 10 əməkdaşı Rusiya Xarici İşlər Nazirliyi (XİN) tərəfindən “persona non qrata” elan olunub. 

APA-nın Rusiya XİN-in saytına istinadən verdiyi xəbərə görə, bununla bağlı nota ABŞ-ın Rusiyadakı səfirinin müavininə təqdim olunub. 

Bildirilib ki, "persona non qrata" elan olunan şəxslər mayın 21-i günün sonunadək Rusiya ərazisini tərk etməlidirlər.

***

saat 15:39

ABŞ səfirinin müavini Bartle Qorman Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN məlumat yayıb.

Nazirlikdən məsələ ilə bağlı əlavə detallar açıqlanmayıb.

Qeyd edək ki, Dövlət Departamentindən səfir Con Sallivanın bu həftə məsləhətləşmələr üçün ABŞ-a gedəcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR