Tramp “Time” jurnalının Qreta Tunberqi “İlin adamı” elan etməsini gülünc adlandırıb

Tramp “Time” jurnalının Qreta Tunberqi “İlin adamı” elan etməsini gülünc adlandırıb
# 12 dekabr 2019 19:20 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp “Time” jurnalının Qreta Tunberqi “İlin adamı” elan etməsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, ABŞ Prezidenti “Twitter” səhifəsində “Time” jurnalının Q. Tunberqi “İlin adamı” elan etməsini gülünc adlandırıb.

“Çox gülməlidir. Əvvəla Qreta hirsini cilovlamalı, daha sonra bir dostu ilə klassik və gözəl bir filmə baxmağa getməlidir. Sakit ol Qreta, sakit ol!”, - deyə D. Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın nüfuzlu “Time” jurnalı 16 yaşlı iqlim fəalı Q. Tunberqi “İlin adamı” elan edib. Q. Tunberq ətraf mühiti iqlim dəyişikliyinin təsirindən qorumaq üçün apardığı mübarizəyə görə bu mükafata layiq görülüb.

İsveçdən olan iqlim fəalı Q. Tunberq 2018-ci ilin avqust ayında iqlim dəyişikliyi ilə mübarizəyə diqqət çəkmək üçün tətil başladıb və İsveç Parlamentinin önündə oturaraq dinc aksiya keçirib. Bu aksiya qısa müddətdə qlobal hərəkata çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR