Tramp ABŞ-da koronavirusla bağlı vəziyyəti dəyərləndirib

Tramp ABŞ-da koronavirusla bağlı vəziyyəti dəyərləndirib
# 26 iyun 2020 07:34 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp ölkədə koronavirus infeksiyasına yoluxma hallarının artması fonunda bu virusdan ölənlərin sayının azaldığını bildirib.

APA xəbər verir ki, amerikalı lider bu barədə özünün “Twitter” səhifəsində yazıb.

“Çin virusuna yoluxma hallarının sayı mükəmməl test üsulu sayəsində artır, bununla yanaşı, virusdan ölüm səviyyəsi aşağı düşür. Saxta xəbərlər bu barədə sizə məlumat verməyi sevmir”, - deyə Tramp qeyd edib.

ABŞ-ın bir neçə ştatında infeksiyaya yoluxma hallarının sayı ciddi dərəcədə artmaqda davam edir. Ötən gün beş ştatda - Florida, Texas, Oklahoma, Cənubi Karolina və Kaliforniyada - rekord sayda koronavirus infeksiyasına yoluxma halının olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR