Tramp İrana qarşı yeni sanksiyaların artıq qüvvəyə mindiyini açıqlayıb

Tramp İrana qarşı yeni sanksiyaların artıq qüvvəyə mindiyini açıqlayıb
# 10 yanvar 2020 00:08 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaların qüvvəyə mindiyini açıqlayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, amerikalı lider Vaşinqtonun hansı sərt tədbirlərə əl atdığını bildirməyib.

ABŞ-ın İrana qarşı əvvəlcədən elan edilmiş sanksiyaları nə vaxt tətbiq edə biləcəyi ilə bağlı jurnalistlərin sualına isə Tramp: “dərhal”, - deyə cavab verib.

“İndi onlar əhəmiyyətli dərəcədə artırılıb. Mən bunu təzəlikcə Maliyyə Nazirliyi ilə təsdiqdim”, - Tramp belə deyib.

ABŞ lideri söhbətin hansı sanksiyalardan getdiyinə toxunmayıb, ancaq əlavə edib ki, bununla bağlı müvafiq açıqlama veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR