Tramp: “Qələbəni qeyd etməyə hazırlaşırıq”

Tramp: “Qələbəni qeyd etməyə hazırlaşırıq”
# 04 noyabr 2020 12:17 (UTC +04:00)

“Biz seçkiləri qazanmağa hazırlaşırdıq. Düzünü desəm, bu seçkilərdə qələbə qazanmışıq”.

APA-nın xəbərinə görə, bunu ABŞ-da prezident seçkilərində Respublikaçıların namizədi, hazırkı Prezident Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.

O qeyd edib ki, seçkidə saxtakarlıq baş verib və bu, xalq üçün utancvericidir: “ABŞ Ali Məhkəməsinə gedəcəyik. Bütün səsvermənin dayandırılmasını tələb edirik. Çox məyus bir qrup Amerika xalqının hüquqlarını məhdudlaşdırmağa çalışır. Buna dözüm göstərməyəcəyik. Biz qələbəni qeyd etməyə hazırlaşırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR