Tramp Rusiya ilə Belarusdakı vəziyyəti müzakirə etmək niyyətində olduğunu deyib

 Tramp Rusiya ilə Belarusdakı vəziyyəti müzakirə etmək niyyətində olduğunu deyib
# 18 avqust 2020 18:12 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Belarusdakı vəziyyəti müzakirə etmək niyyətində olduğunu deyib.

APA-nın xəbərinə görə, bu barədə Donald Tramp ABŞ-da qadınlara səsvermə hüququnu verən 19-cü düzəlişin 100 illiyi ilə bağlı mərasimdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Mən demokratiyanı sevirəm. Görünən odur ki, Belarusda demokratiya azdır. Biz bununla bağlı müzakirələr aparırıq. Uyğun zamanda Belarusdakı vəziyyətlə bağlı Rusiya ilə danışacağıq. Həmçinin, bu məsələyə daxil olan digər tərəflərlə də danışacağıq.

Belarusda bizim ölkədən fəqli olaraq çox böyük, dinc yürüş oldu. Bizdə, Portland və digər yerlərdə olan mitinqlər isə anarxist xarakterli idi", - deyə ABŞ Prezidenti bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR