ABŞ prezidenti Donald Tramp beş ölkə vətəndaşının əfvi barədə qərar verib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Prezident Donald Tramp bu şəxslərin cəzalarını yüngülləşdirmək üçün əfv sərəncamları imzaladı: Lenora Loqan, Raşella Rid, Çarlz Tenner, Con Bolen və Kertis MakDonald”, - məlumatda belə deyilir.
R.Rid dələduzluqda, qalanları isə narkotik maddələrə görə təqsirli bilinərək həbs olunmuşdular. Onların beşinin də islah olunduğu bildirilir.