Tramp: “İran heç vaxt müharibədə qələbə qazanmayıb”

Tramp: “İran heç vaxt müharibədə qələbə qazanmayıb”
# 03 yanvar 2020 17:06 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp “Twitter”də İranla bağlı paylaşım edib.

APA-nın xəbərinə görə, D. Tramp İranın heç vaxt müharibədə qələbə qazanmadığını bildirib.

“İran heç vaxt müharibədə qələbə qazanmayıb, lakin müzakirədə də məğlub olmayıb”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH“Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR