Tramp: "Taliban" ABŞ-la sülh razılığı əldə etmək istəyir"

Tramp: "Taliban" ABŞ-la sülh razılığı əldə etmək istəyir"
# 29 noyabr 2019 05:46 (UTC +04:00)

Taliban hərəkatı Vaşinqtonla sülh əldə etmək istəyir.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşü zamanı deyib. ABŞ administrasiyasının rəhbəri, həmçinin Talibanla danışıqlara başladığını bildirib.

“Taliban” sülh razılığı əldə etmək istəyir. Baxaq görək buna əməl edəcəklərmi”, - Tramp belə deyib.

Ağ Ev rəhbərinin sözlərinə görə, ABŞ Əfqanıstan ərazisindəki qoşun sayını əhəmiyyətli dərəcədə 8600 əsgərə endirir: “Bir razılıq əldə edilənə və ya tam bir qələbə qazanılana qədər burada qalacağıq. Onlarla görüşdük. Əvvəllər atəşkəs istəmirdilər, amma indi istəyirlər. Son altı ayda əhəmiyyətli irəliləyişlər etdik və eyni zamanda qoşunlarımızı geri çəkirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR