Trampın köməkçilərindən birində koronavirus aşkarlanıb

#
# 07:18
8 may 2020

 

ABŞ Prezidenti Donald Trampın köməkçilərindən birində yeni növ koronavirus (COVID-19) testinin nəticəsi pozitiv olub.

APA-nın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Tramp həmin şəxslə çox yaxın təmasda olmadığını deyib və iki dəfə COVID-19-la bağlı test nəticəsinin neqativ çıxdığını bəyan edib. 

ABŞ prezidenti özünün və vitse-prezident Mayk Pensin hər gün koronavirus testindən keçəcəyini bildirib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR