Trüdo təyyarə faciəsinin araşdırılmasında Kanadanın iştirakında israrlıdır

Trüdo təyyarə faciəsinin araşdırılmasında Kanadanın iştirakında israrlıdır
# 12 yanvar 2020 03:53 (UTC +04:00)

Kanadanın Baş Naziri Castin Trüdo Ukrayna təyyarəsinin qəzaya uğraması ilə əlaqədar araşdırma aparmaq üçün İran prezidenti Həsən Ruhani ilə razılığa gəlib.

APA xəbər verir ki, bu barədə mətbuat konfransında deyib.

Faciənin araşdırılmasında Kanadanın iştirakı ilə bağlı xüsusi razılıq əldə olunub və qrupun üç üzvü artıq viza alıb. İlk kanadalı nümayəndələr qrupu artıq İrana yola salınıb.

“Ruhani ilə söhbətdə Kanadanın bu araşdırmaya qatılmasının vacib olduğunu vurğuladım. İran rəsmilərindəm hərtərəfli və tam əməkdaşlıq gözləyirik. Qrup üzvləri üçün üç viza artıq təsdiqlənib. Bu qrup liderlərinin saat 4-də (yerli vaxtla) İrana çatmasını gözləyirik”, - Trüdo belə deyib.

O əlavə edib ki, “qrupun qalan hissəsi sonra yola düşəcək, iranlılar viza məsələsində əməkdaşlıq edirlər”. Trüdonun sözlərinə görə, “İran tam əməkdaşlığa hazır olduğunu bildirib” və “cavabdeh şəxslər cəzalandırılmayana qədər Kanada sakitləşməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR