ÜST: Dünyada 292 mindən çox insan koronavirusa yoluxub

ÜST: Dünyada 292 mindən çox insan koronavirusa yoluxub
# 23 mart 2020 02:40 (UTC +04:00)

Martın 21-nə olan məlumata görə, dünyada ümumilkdə 292 142 nəfər koronavirusa yoluxub, 12 784 ölüm hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilib.

Statistikaya görə, bir gün ərzində yoluxanların sayı 26 min nəfərdən çox olub. Ölüm hadisələrinin sayı isə 1600 nəfərə qədər artaraq 12 784-ə yüksəlib.

ÜST-ün martın 22-nə olan məlumatına görə, Avropada ən çox yoluxma İtaliyada qeydə alınıb - 53578.

Bunun ardınca İspaniya (24 926), Almaniya (21 463), Fransa (14 459), İsveçrə (6 077), Birləşmiş Krallıq (5 018), Hollandiya (3 631), Avstriya (3 024), Belçika (2 815). Norveç (1 926) gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR