ÜST: Son bir gündə 870 mindən çox planet sakinində koronavirus aşkar olunub

ÜST: Son bir gündə 870 mindən çox planet sakinində koronavirus aşkar olunub
# 30 aprel 2021 08:42 (UTC +04:00)

Dünyada yeni növ koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı 870 mindən çox artaraq, ümumilikdə 149,21 milyonu keçib.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən açıqlanan hesabatda qeyd olunub.

Məlumata görə, ölənlərin sayı 14,8 mindən çox artaraq 3,14 milyonu ötüb.

28 aprel Bakı vaxtı ilə saat 19:38-ə olan məlumata əsasən, 149 216 984 nəfər koronavirusa yoluxub, 3 144 028 nəfər isə bu virusdan ölüb. Xəstəliyə yoluxanların sayı son sutkada 870 419 nəfər, ölənlərin sayı isə 14 886 nəfər artıb.

İnfeksiya indiyədək ən çox ABŞ-da qeydə alınıb – 31 835 314 nəfər. Onun ardınca Hindistan (18 376 524), Braziliya (14 441 563), Fransa (5 479 327), Rusiya (4 796 557), Türkiyə (4 751 026), Böyük Britaniya (4 411 801), İtaliya (3 994 894), İspaniya (3 504 799), Almaniya (3 357 268), Argentina (2 905 172) və Kolumbiya (2 804 881) gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR