Vaşinqton KXDR-in sınaqları ilə əlaqədar Seul və Tokio ilə fəaliyyət qurur

Vaşinqton KXDR-in sınaqları ilə əlaqədar Seul və Tokio ilə fəaliyyət qurur
# 15 dekabr 2019 00:58 (UTC +04:00)

Vaşinqton KXDR hökumətinin Sohe təlim poliqonunda daha bir ballistik raket sınaq keçirməsi barədə məlumatlarla əlaqədar rəsmi Seul və Tokio ilə qarşılıqlı fəaliyyət göstərir.

APA xəbər verir ki, bu barədə şənbə günü ABŞ Dövlət Departamentinin nümayəndəsi “TASS” agentliyinə açıqlamasında deyib.

“Sınaq haqqında məlumatları gördük, cənubi koreyalı və yaponiyalı müttəfiqlərimizlə sıx əlaqədəyik”, - Dövlət Departamentinin nümayəndəsi belə deyib.

Eyni zamanda, departamentin nümayəndəsi Pxenyanın son zamanlar sınaqları həyata keçirilən müdafiə texnologiyalarından Amerikanın nüvə təhdidlərinə qarşı mübarizə aparmaq üçün istifadə edəcəyi ilə bağlı Koreya Xalq Ordusu Baş Qərargah rəisi Pak Çon Çxonun söylədiyi sözlərə şərh etmək istəməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR