Vaşinqtonda Pompeo və Lavrov arasında görüş keçiriləcək

Vaşinqtonda Pompeo və Lavrov arasında görüş keçiriləcək
# 09 dekabr 2019 10:49 (UTC +04:00)

ABŞ dövlət katibi Mayk Pompeo və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında görüş keçiriləcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, görüşün sabah Vaşinqtonda keçirilməsi nəzərdə tutulub.

Görüşdən sonra M. Pompeo və S. Lavrov birgə mətbuat konfransı keçirəcəklər.

“Vaşinqton Post”un ABŞ administrasiyasına istinadən verdiyi xəbərə görə, M. Pompeo S. Lavrovla iki tərəfli münasibətləri, silah nəzarətinə aid məsələləri, habelə Suriya və Ukraynada vəziyyəti müzakirə edəcəklər.

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayen isə S. Lavrovun ABŞ-a səfəri zamanı Prezident Donald Trampla görüşünün mümkünlüyünü istisna etməyib.

Xatırladaq ki, Rusiya XİN başçısı sonuncu dəfə 2017-ci ildə Vaşinqtona səfər edib və ABŞ Prezidenti D. Tramp tərəfindən qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR