Venesuela hökuməti müxalifətin hərbçilərə qarşı terror hücumu hazırladığını bildirib

Venesuela hökuməti müxalifətin hərbçilərə qarşı terror hücumu hazırladığını bildirib
# 15 dekabr 2019 08:27 (UTC +04:00)

Venesuela müxalifətinin nümayəndələri Sukre ştatında hərbçilərə qarşı terror hücumu törətməyi planlaşdırırmış.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə şənbə günü Venesuelanın Rabitə və İnformasiya naziri Xorxe Rodriqes Karakasdakı mətbuat konfransı zamanı açıqlamasında deyib.

“Xalqın iradəsi” müxalifət partiyasının lideri Leopoldo Lopes Xuan Quaydo və millət vəkili Yanet Ferminə iki hərbi hissəyə - Böyük Marşal Sukrenin qərargahına və Milli Qvardiyanın 53-cü bölməsinin komandanlığına hücum etməyi tapşırıb”, - deyə Rodriqes bildirib.

Nazirin sözlərinə görə, hücumlar dekabrın 15-nə planlaşdırılıb və onların həyata keçirilməsi üçün vəsait Kolumbiyadan alınıb.

“Şükürlər olsun ki, bunun qarşısını aldıq və respublikada sülhün bərqərar olması üçün bundan sonra da çalışacağıq. Əmin olun ki, bu hərəkətləri həyata keçirməyi planlaşdıran hər kəsi tutacağıq”, - nazir belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR