Venesuelada növbəti elektrik enerjisi böhranı baş verib

Venesuelada növbəti elektrik enerjisi böhranı baş verib
# 19 yanvar 2020 09:54 (UTC +04:00)

Venesuelada növbəti elektrik enerjisi böhranı baş verib.

APA-nın xəbərinə görə, bu barədə “Netblocks” monitorinq agentliyi “Twitter” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Yanvarın 18-də yerli vaxtla saat 09.00 radələrində ölkənin şimalında və qərbində, ümumilikdə 23 ştatdan 16-da enerji təchizatında elektrik enerjisi təchizatında problem yaranıb. İndiyə qədər Taçira ştatında abonentlərin 14 faizini, Merida ştatında 23 faizini və Karabobo ştatında 45 faizini yenidən elektrik enerjisi ilə təmin etmək mümkün olub.

Elektrik enerjisində yaranan fasilə ölkənin 5 ştatında internetlə bağlı problemlərə yol açıb.

Qeyd edək ki, keçən ilin mart ayında Venesuelanın 23 ştatından 20-də elektrik enerjisi təchizatı dayanıb və bu problemi bir həftədən tez aradan qaldırmaq mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR