Venesuelada plantasiyada baş vermiş yanğında azı 12 nəfər ölüb

Venesuelada plantasiyada baş vermiş yanğında azı 12 nəfər ölüb
# 24 yanvar 2020 07:01 (UTC +04:00)

Venesuelanın şimalında baş vermiş yanğında azı 12 nəfər ölüb, daha 13 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “El Pitazo” portalı məlumat yayıb.

Məlumata görə, hadisə cümə axşamı günortadan sonra Araqua ştatının şimalında baş verib. Yanğın əkin sahəsində meydana gəlib. Nəticədə 12 nəfər ölüb, daha 13 nəfər, o cümlədən 3 azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlar ən yaxın xəstəxanalara aparılıb.

Xilasetmə xidmətləri hadisə yerinə cəlb olunub, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR