Yeni Zelandiyada 48 saat ərzində məktəblər və iaşə obyektləri bağlanacaq

Yeni Zelandiyada 48 saat ərzində məktəblər və iaşə obyektləri bağlanacaq
# 23 mart 2020 08:50 (UTC +04:00)

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bazar ertəsi ölkənin ən yüksək həyəcan səviyyəsinə keçəcəyini, ehtiyac duyulmayan bütün xidmətlər, məktəblər və ofislərin növbəti 48 saat ərzində bağlanacağını bəyan edib.

APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, göstərişə əsasən, ölkədə bar, kafe, restoran və kinoteatrların fəaliyyəti dayandırılacaq. Lakin qərar supermarket və apteklərə şamil edilmir.

Baş nazir qeyd edib ki, ölkədə koronavirusa qarşı mübarizədə ciddi tədbirlər görülməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR