ABŞ ballistik raketi erkən aşkarlayan sistemini kosmosa göndərib

ABŞ ballistik raketi erkən aşkarlayan sistemini kosmosa göndərib
# 19 may 2021 03:12 (UTC +04:00)

ABŞ Hərbi kosmik qüvvələri “SBIRS GEO 5” ballistik raketləri erkən aşkarlanma sistemini “Atlas V” raket-daşıyıcısı ilə kosmosa göndərib.

APA TASS-a istinadən xəbər verir ki, raket Florida ştatının Kanaveral burnundakı kosmodromdan orbitə buraxılıb.

Qeyd edək ki, “SBIRS GEO 5” peyki ABŞ-ın raket hücumu xəbərdarlıq sisteminin bir hissəsidir. Bura iki eşelon - yer (radiolokasiya stansiyaları şəbəkəsi) və kosmik (infraqırmızı avadanlıqla təchiz edilmiş peyklər şəbəkəsi) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR