ABŞ-ın Florida ştatının Doral şəhərində polis məntəqəsi yaxınlığında silahlı insident baş verib.
APA CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki polis zabiti yaralanıb.
Yerli polisin sözçüsü Rey Valdez bildirib ki, polis də öz növbəsində qarşı tərəfə cavab atəşi açıb: “Xəsarət alan polis zabitləri xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır”.
Polisə ilk atəş açan silahlı şəxs barədə ətraflı məlumat verilməyib.
Hadisə ilə bağlı araşdırma başladılıb.