ABŞ-da hava limanında baş verən təsadüfi atəş nəticəsində 3 nəfər yaralanıb - YENİLƏNİB

ABŞ-da hava limanında baş verən təsadüfi atəş nəticəsində 3 nəfər yaralanıb  - YENİLƏNİB
# 21 noyabr 2021 06:28 (UTC +04:00)

ABŞ-ın Corciya ştatının Atlanta Beynəlxalq Hava Limanında sərnişinin üzərində axtarış zamanı tapançadan atəş açması nəticəsində azı 3 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamenti yanında Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının (TSA) mətbuat xidməti məlumat yayıb yayıb.

***

03:32

Atlanta hava limanında odlu silahdan təsadüfən açılan atəş insanlar arasında çaxnaşmaya səbəb olub.

APA yerli FOX 5 televiziya kanalına istinadən xəbər verir ki, hava limanı isə iddianı təkzib edib.

Lakin social şəbəkələrdə yayılan videoda hadisənin həqiqətən də baş verdiyi görünür.
Hadisə zamanı insanlar qaçmağa və qışqırmağa başlayıb.

Şəhər polisi “Twitter” hesabında hava limanının əsas nəzarət-buraxılış məntəqəsinin yaxınlığında silahdan təsadüfən atəş açıldığını bildirib: “Aktiv atıcı yoxdur. Sadəcə, təsadüfən silahdan atəş açılıb. Sərnişinlər və işçilər üçün heç bir təhlükə yoxdur. İstintaq davam edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR