ABŞ-da məktəbdə atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

ABŞ-da məktəbdə atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb - VİDEO  - YENİLƏNİB
# 01 dekabr 2021 05:10 (UTC +04:00)

ABŞ-ın Miçiqan ştatının Oksford şəhərində məktəbdə baş verən atışma nəticəsində 8 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə yerli polisin keçirdiyi mətbuat konfransında bildirilib.

Yaralılar üç müxtəlif xəstəxanalara yerləşdirilib. Onlardan ikisi hazırda əməliyyata götürülüb. Daha altısının vəziyyəti stabil qiymətləndirilir.

***

01:20

ABŞ-ın Miçiqan ştatının Oksford şəhərində yerləşən məktəbdə atışma nəticəsində 3 nəfər həlak olub.

APA-nın məlumatına görə, bu barədə yerli polis məlumat yayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi mətbuat konfransında bildirilib ki, hadisəni 15 yaşlı tələbə törədib.

O, yarıavtomat tapançadan 15-20 atəş açıb. Cinayətkarın tək hərəkət etdiyi ehtimal edilir.

Hadisədən 5 dəqiqə sonra yeniyetmə saxlanılıb. Onun polislərə atəş açmadığı və könüllü təslim olduğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR