ABŞ-da orta məktəbdə atışma olub, 3 nəfər yaralanıb

ABŞ-da orta məktəbdə atışma olub, 3 nəfər yaralanıb
# 07 may 2021 02:30 (UTC +04:00)

ABŞ-ın Aydaho ştatının Riqbi şəhərində orta məktəblərdən birində silahlı insident baş verib.

APA “USA Today” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər – iki şagird və məktəbin mühafizəçisi yaralanıb.

Digər tələbələr hadisə yerindən evakuasiya edilib.

Yerli polisin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR