ABŞ-da silahlı insident baş verib, 1 nəfər ölüb

ABŞ-da silahlı insident baş verib, 1 nəfər ölüb
# 19 noyabr 2021 08:45 (UTC +04:00)

ABŞ-ın Merilend ştatının Kembric şəhərində axşam saatlarında baş verən atışmada azı bir nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “WMDT” telekanalı yerli polis idarəsinə istinadən məlumat yayıb.

Polis vətəndaşları hadisə yerindən uzaq durmağa çağırıb.

Atışmanın hansı səbəbdən baş verdiyi barədə təfərrüatlar verilməyib.
Hadisə ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR