ABŞ-da silahlı insident nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb

ABŞ-da silahlı insident nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb
# 09 may 2021 05:12 (UTC +04:00)

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində yaşayış evində silahlı insident baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Şəhər polisinin bildirdiyinə görə, sözü gedən ünvanda atışma və yanğınla bağlı məlumat daxil olub.

Polis əməkdaşı Coy Stuart bildirib ki, dərhal hadisə yerinə polis və yanğınsöndürənlər cəlb edilib: “Təhlükə zərərsizləşdirilib, yanğın söndürülüb”.

Atəş açan şəxs barədə təfərrüatlar açıqlanmayıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Digər yaralının isə həyatı üçün təhlükə yoxdur.

Daha bir silahlı insident Nyu-Yorkda "Times" meydanında baş verib.

Atışma nəticəsində azı üç nəfərin yaralandığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR