ABŞ-da BMT qərargahının qarşısına gələn naməlum silahlı şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB

ABŞ-da BMT qərargahının qarşısına gələn naməlum silahlı şəxs saxlanılıb - VİDEO  - YENİLƏNİB
# 02 dekabr 2021 23:00 (UTC +04:00)

ABŞ-da sığınacaq almaq məqsədilə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahının qarşısına gələn naməlum silahlı şəxs polis tərəfindən saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə Nyu-York polisinin tvitter səhifəsində bildirilib.

***

22:30

BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahının qarşısında silahlı şəxsin olması ilə bağlı polisə məlumat daxil olub.

APA-nın məlumatına görə, Nyu-York polisi xəbəri təsdiqləyib.

Təşkilatın mətbuat xidmətindən bildirib ki, həmin şəxsin məqsədi BMT rəsmilərindən sığınacaq almaq olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təşkilatın ofisi qarşısındakı küçəni bağlayıb və şübhəli şəxsə səsgücləndirici vasitəsilə xəbərdarlıq edilib. Polis naməlum şəxsə təslim olmağı desə də, o, əks halda intihar edəcəyini bildirib.

Təhlükəsizlik tədbiri olaraq havaya helikopterin qaldırıldığı bildirilib. Şübhəlinin zərərsizləşdirilməsi ilə bağlı məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR