ABŞ-da sürücü avtomobili kütlənin üzstünə sürüb, 1 nəfər ölüb

ABŞ-da sürücü avtomobili kütlənin üzstünə sürüb, 1 nəfər ölüb
# 07 may 2021 08:35 (UTC +04:00)


ABŞ-ın Texas ştatının Hyuston şəhərində sürücü avtomobili kütlənin üstünə sürüb

APA “ABC”yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir qadın ölüb, bir neçə nəfər yaralanıb.

Polisin məlumata görə, sürücü bunu bilərəkdən edib.

Sürücü qaçmağa çalışsa da, daha sonra qəza yerinə qayıdıb və polis tərəfindən saxlanılıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisədən əvvəl yaxınlıqdakı restoranda dava baş verdiyi və dayanacaqda davam etdiyi bildirilir. Sürücünün dava iştirakçıları ilə əlaqəsi dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR