ABŞ-da yük qatarı körpünün çökməsi səbəbindən relsdən çıxaraq aşıb

ABŞ-da yük qatarı körpünün çökməsi səbəbindən relsdən çıxaraq aşıb
# 17 may 2021 08:28 (UTC +04:00)

ABŞ-ın Ayova ştatının Sibley şəhəri yaxınlığında yanar maddələr daşıyan yük qatarı körpünün çökməsi nəticəsində relsdən çıxıb.

APA “KTIV” telekanalına istinadən xəbər verir ki, qəzadan qısa müddət sonra yanğın başlayıb.
Hadisə yerinə bir neçə yanğınsöndürənlər və kimyəvi maddələr üzrə mütəxəssislər cəlb edilib.
Qatarda kənd təsərrüfatı məqsədləri ilə yanaşı, partlayıcı maddələrin hazırlanmasında istifadə olunan gübrələr və ammonium nitrat maddələri də olub.
Hadisənin baş verdiyi ərazidə 8 km radiusda insanlar evakuasiya edilib.
Hələlik mümkün qurbanlarla bağlı məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR