ABŞ generalı: “Əfqanıstandan çəkilmə prosesi başlayandan ABŞ və koalisiya qüvvələrinə hücum edilməyib”

ABŞ generalı: “Əfqanıstandan çəkilmə prosesi başlayandan ABŞ və koalisiya qüvvələrinə hücum edilməyib”

© APA | ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli

# 07 may 2021 06:17 (UTC +04:00)

“ABŞ Komandanlığı qoşunları, planlaşdırıldığı kimi, sentyabr ayına qədər Əfqanıstandan çıxara biləcəyinə əmindir”.

APA xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli Pentaqonda jurnalistlərin suallarını cavablandırarkən deyib.

“ABŞ Prezidenti bizə işi sentyabr ayından gec olmayaraq başa çatdırmaq üçün bir müddət verdi.
Qoşunların çıxarılması istiqamətində əsas mərhələlərimizin dəqiq tarixlərini açıq şəkildə demək istəmirəm, çünki son nəticəyə təsir edəcək bir çox amillər var”, deyə ABŞ generalı vurğulayıb.

Talibanın Əfqanıstanın təhlükəsizlik qüvvələrinə hücumlarından bəhs edən general Mark Milli 
diqqətə çatdırıb ki, qoşunların çəkilmə prosesi başlayandan bəri ABŞ və koalisiya qüvvələrinə bir dəfə də olsun hücum edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR