ABŞ-ın keçmiş prezidentinin müşaviri Rusiya vətəndaşı olmaq istəyir

ABŞ prezidenti Ronald Reyqan və müşavir Suzanna Massi

© APA | ABŞ prezidenti Ronald Reyqan və müşavir Suzanna Massi

# 16 may 2021 15:55 (UTC +04:00)

ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın müşaviri Suzanna Massi Vladimir Putindən onu Rusiya vətəndaşlığına qəbul etməsini istəyib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı və Ronald Reyqanın müşaviri olmuş Suzanna Massi bu barədə NTV kanalının efirində deyib.

"Əgər prezident Vladimir Vladimiroviç mənə Rusiya vətəndaşlığı verərsə, bu, mənim üçün bir şərəf olacaq",-deyə o bildirib.

Keşmiş müşavir qeyd edib ki, o, illərdir öz fəaliyyətini iki ölkənin xalqlarını bir-birinə yaxınlaşdırmağa həsr edib və bundan sonra da bu işini davam etdirmək üçün Rusiyada yaşamaq istəyir.

"Bilirəm deyəcəklər ki, mən xainəm, mən Amerikaya qarşı bir adamam", - o əlavə edib.

Suzanna Massi 1984-1988-ci illərdə Reyqanın SSRİ ilə əlaqələr üzrə müşaviri olub. Xanım Massi bildirib ki, Reyqan onunla tez-tez təkbətək görüşərək ondan rus mədəniyyəti ilə bağlı məlumatlar soruşub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR