ABŞ İranın 4 vətandaşına və iki şirkətinə qarşı sanksiya tətbiq edib

ABŞ İranın 4 vətandaşına və iki şirkətinə qarşı sanksiya tətbiq edib
# 30 oktyabr 2021 04:16 (UTC +04:00)

ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) pilotsuz təyyarə proqramlarına əhəmiyyətli dəstək verdiyinə əmin olduğu 4 İran vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib.

APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Sanksiyalar Yusef Abutalebi, Səid Ağacani, Abdulla Mehrabi, Mohammad Ebrahim Zargar Tehraniyə qarşı yönəldilib. Sözügedən İran şirkətləri isə “Kimia Part Sivan Company” və “Oje Parvaz Mado Nafar Company”dir.

Bildirilib ki, briqada generalı Ağacani pilotsuz uçuş aparatları ilə əməliyyatlara cavabdeh olan SEPAH Aerokosmik Qüvvələrinin komandanlığına cavabdehdir.

Rəsmi Vaşinqtonun qənaətinə görə, pilotsuz uçuş aparatlar beynəlxalq gəmilərə və ABŞ Silahlı Qüvvələrinə edilən hücumlarda istifadə edilib.

Sanksiyalar adıçəkilən şəxslərin və ya şirkətlərin ABŞ-dakı aktivlərinin dondurulması, habelə, bu şirkətlərə aidiyyəti olan şəxslərlə iş aparılmasını qadağan edir.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ-ın yeni sanksiyaları Vaşinqtonun nüvə sazişinə qayıtma məsələsində etibarını sarsıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR