ABŞ neft bazarında qiymətləri sabitləşdirmək üçün müxtəlif alətləri nəzərdən keçirə bilər

Co Bayden

© APA | Co Bayden

# 06 noyabr 2021 19:32 (UTC +04:00)

ABŞ, lazım gələrsə, neft bazarında qiymətləri sabitləşdirmək üçün müxtəlif alətləri nəzərdən keçirəcək və ölkələrlə əlaqələrindən istifadə edəcək.

APA-nın məlumatına görə, bu barədə şənbə günü Ağ Evdə çıxış edən ABŞ Prezidenti Co Bayden bildirib.

Neft hasilatını artırmaq çağırışına Rusiya və Səudiyyə Ərəbistanının cavab verməməsi ilə bağlı suala Bayden belə cavab verib: "OPEC-in cavab verəcəyini gözləmirəm. Rusiya və ya Səudiyyə Ərəbistanı reaksiya verəcək. Onlar daha çox neft hasil etməyi planlaşdırırlar. Bunun kifayət edib-etməməsi başqa məsələdir", - Bayden bildirib.

ABŞ Prezidenti onu da əlavə edib ki, ABŞ-ın arsenalında başqa alətlər var ki, ölkə onları istifadə etmək məcburiyyətində qalacaq. Bayden həmçinin əlavə edib ki, ABŞ lazım olan vaxt boru kəmərində daha çox enerji əldə etmək üçün başqa ölkələrlə iş quracaq. Lakin ABŞ administrasiyasının rəhbəri mümkün hərəkətlərin konkret təfərrüatlarını açıqlamayıb.

Xatırladaq ki, noyabrın 4-də "OPEC+" razılaşmasın daxil olan ölkələr idxalçıların, ilk növbədə, ABŞ-ın neft tədarükünü sürətləndirmək çağırışlarına baxmayaraq, ayda 400 min bareldən çox olmayan neft hasilatını bərpa etmək planına sadiq qalıb. Rusiya və Səudiyyə Ərəbistanının ortaq mövqeyi ondan ibarət olub ki, indiki şəraitdə tələbin azalması və potensial qiymətlərin düşməsi səbəbindən neft hasilatını artırmaq artıq mümkün deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR