ABŞ və Türkiyə F-35 məsələsinin həlli ilə bağlı dialoqa başlayır

F-35

© APA | F-35

# 07 may 2021 14:05 (UTC +04:00)

ABŞ və Türkiyə F-35 məsələsinin həlli ilə bağlı dialoq aparacaq.

APA-nın yerli bürosunun “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir bildirib.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyəni rəsmi olaraq F-35 proqramından çıxarıb. ABŞ bununla bağlı Ankaranı məlumatlandırıb. Bildirilib ki, Türkiyənin 26 yanvar 2007-ci il tarixində imzaladığı birgə proqram ləğv edilib və yeni razılaşmaya Türkiyə daxil edilməyib.

Əvvəllər proqramın iştirakçıları arasında Türkiyə ilə bərabər ABŞ, İngiltərə, İtaliya, Niderland, Avstraliya, Danimarka, Kanada və Norveç yer alıb.

Türkiyə ilk mərhələdə 100 ədəd F-35A qırıcısını almağı öhdəsinə götürüb. 2018-ci ildə dörd F-35 qırıcısının, daha sonra isə iki F-35 təyyarəsinin mülkiyyəti Türkiyəyə verilib. Lakin Türkiyə ilə ABŞ arasında S-400 böhranı yaşandığı üçün bu altı təyyarə Türkiyəyə transfer edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR