Argentinada ilk dəfə koronavirusun Cənubi Afrika və Hindistan ştammlarına yoluxma aşkarlanıb

Argentinada ilk dəfə koronavirusun Cənubi Afrika və Hindistan ştammlarına yoluxma aşkarlanıb
# 11 may 2021 08:22 (UTC +04:00)

Argentinada ilk dəfə olaraq Cənubi Afrika və Hindistan ştammlarına yoluxma hadisəsi aşkarlanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin Epidemiologiya Departamentinin direktoru Analia Rearte bildirib ki, müayinə zamanı ilk olaraq koronavirusun Hindistanda yayılmış “B.1.617.2”, “B.1.617.1” və Cənubi Afrikada yayılmış “B.1.351” variantları müəyyən edilib.

“Hindistan ştamm” valideynləri ilə birlikdə Parisdən Buenos Ayresə gələn iki uşağda, “Cənubi Afrika ştamm”ı isə İspaniyadan ölkəyə qayıdan Rio Neqra ştatının sakinində aşkarlanıb.

Üçü də aprelin 24-də Argentinaya gəliblər. Onlarda xəstəliyin ciddi simptomlarına rast gəlinməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR