Argentinada Omicron ştamına ilk yoluxma qeydə alınıb

Argentinada Omicron ştamına ilk yoluxma qeydə alınıb
# 06 dekabr 2021 09:56 (UTC +04:00)

Argentinada Omicron ştamına ilk yoluxma faktı qeydə alınıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“SARS CoV-2 Omicron ştamı Cənubi Afrika Respublikasından qayıdan səyahətçidə aşkar olunub”, - deyə açıqlamada deyilib.

Həmin şəxsin Argentinanın San-Luis vilayətinin 38 yaşlı sakini olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR