Avstraliya ABŞ-la sualtı qayıqlara dair müqavilə imzalayıb

Avstraliya ABŞ-la sualtı qayıqlara dair müqavilə imzalayıb
# 22 noyabr 2021 05:42 (UTC +04:00)

Avstraliya rəsmi olaraq öz donanmasını ABŞ və Britaniyanın birgə istehsalı olan sualtı qayıqlarla təchiz etməyi öhdəsinə götürüb.

APA-nın xəbərinə görə müdafiə naziri Peter Dutton artıq 3 ölkə arasında məlumat mübadiləsinə imkan verən sənədi imzalayıb.
Söhbət 3 ölkə arasındakı yeni hərbi alyansdan gedir. Sualtı qayıqların istehsalına dair 90 milyard dollar dəyərində müqavilə ilə danışıqlar yayda başlamış, sentyabrda ilkin razılıq əldə edilmişdi. Bunun ardınca Avstraliya Fransadan sualtı qayıq almağı dayandırmışdı. Ölkənin bu qərarı Avropada ciddi narazılıq yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR