Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən namizədliyini verəcək 

ABŞ Prezidenti Co Bayden

© APA | ABŞ Prezidenti Co Bayden

# 23 noyabr 2021 06:14 (UTC +04:00)

“ABŞ Prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində ikinci müddətə namizəd olmaq niyyətindədir”.

APA xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki brifinqində bildirib.

“Bayden tərəfdarlarına 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırdığını söyləyib. Bəli, bu onun niyyətidir”, deyə Psaki vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR