Bayden elektriklə çalışan “Ford F-150 Lightning” pikapını sınaqdan keçirib - VİDEO

ABŞ Prezidenti Co Bayden elektriklə çalışan “Ford F-150 Lightning” yeni pikap modelini sınaqdan keçirib

© APA | ABŞ Prezidenti Co Bayden elektriklə çalışan “Ford F-150 Lightning” yeni pikap modelini sınaqdan keçirib

# 19 may 2021 02:13 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Miçiqan ştatına işgüzar səfəri çərçivəsində Dirborndakı “Ford” zavodunu ziyarət edib.

APA TASS-a istinadən xəbər verir ki, ABŞ lideri burada jurnalistlərin qarşısında elektriklə çalışan “Fordun F-150 Lightning” yeni pikap modelini sınaqdan keçirib.

Bayden yeni “Ford” avtomobilinin sürətli olduğu deyib. O, sükan arxasında olarkən jurnalistlərdən biri “Cənab Prezident, sizə qısa olaraq İsrail barədə bir sual verə bilərəmmi?, deyə müraciət edib. ABŞ prezidenti isə əvvəlcə "Xeyr, edə bilməzsən” cavabını verib. Sonra zarafat etdiyini desə də, avtomobilin qazına basaraq sürətlə jurnalistlərdən ayrılıb.

Qeyd edək ki, “Ford”un sözügedən modeli 4.4 saniyədə saatda 60 mil (96.6 km) sürət yığır. Yeni modelin rəsmi təqdimatı bu gün səhər saatlarında baş tutacaq. Avtomobilin ABŞ-da satışına isə 2022-ci ilin ilk yarısında başlayacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR