Bayden Putinə kibercinayətkarlarla bağlı vədi yerinə yetirdiyini bildirib

ABŞ Prezidenti Co Bayden

© APA | ABŞ Prezidenti Co Bayden

# 09 noyabr 2021 01:38 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarına beynəlxalq kibercinayətləri tutmaq vədini yerinə yetirdiyini bildirib.

APA xəbər verir ki, ABŞ lideri zərərli kiber fəaliyyətin və cinayətkarların qarşısını almaq üçün federal hökumətin bütün gücündən istifadə ediyini deyib: “İyun ayında prezident Putinlə görüşəndə ABŞ-ın kibercinayətkarları məsuliyyətə cəlb etmək üçün tədbirlər görəcəyini açıq şəkildə bildirdim. Biz bunu bu gün etdik”.

Baydenin açıqlaması ABŞ-ın Rusiya vətəndaşı Yevgeni Polyanskiyə və ukraynalı Yaroslav Vasinskiyə qarşı kiber fırıldaqçılıq ittihamı irəli sürdüyü məlum olduqdan sonra dərc edilib.

ABŞ prezidenti əlavə edib ki, bu istiqamətdə hələ çox görüləsi işlər var: “Lakin ABŞ kritik infrastrukturu gücləndirmək üçün mühüm addımlar atıb. Ağ Ev Administrasiyası amerikalıları və ABŞ maraqlarını kiber təhlükələrdən qorumaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR