Bayden Putinlə görüşəcəyinə inandığını bildirib

ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti  Vladimir Putin

© APA | ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin

# 11 may 2021 03:16 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşünün baş tutacağına inandığını bildirib.

APA TASS-a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə pandemiyanın səbəb olduğu iqtisadi fəlakətlə mübarizə mövzusunda çıxış zamanı deyib.

Jurnalistin Baydendən ABŞ-ın “Colonial Pipeline” boru kəməri şirkətinə edilən son kiberhücumda Rusiyanın əli olduğunu inandığını soruşduqda, o, belə cavab verib: “Prezident Putinlə görüşəcəyəm, kəşfiyyat xidmətimizdən bu məsələdə Rusiyanın iştirak etdiyinə dair bir dəlil yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR