Braziliyada Amazon meşələrinin qırılması davam edir

Braziliyada Amazon meşələrinin qırılması davam edir
# 08 may 2021 09:37 (UTC +04:00)

Braziliya Amazonunda meşələrin qırılması nisbəti artmağa davam edir.

"APA-Economics" xəbər verir ki, bu barədə Milli Kosmik Tədqiqatlar İnstitutunun məlumatında deyilir.

Təşkilatın onlayn platformasına görə, 2021-ci ilin aprel ayında 581 kvadrat kilometr meşə yoxa çıxdı ki, bu da keçən ilin eyni dövrünə nisbətən 43% çoxdur.

Mart ayında qırılan meşələrin sahəsi 368 kvadrat kilometr, fevral ayında 123 kvadrat kilometr, yanvar ayında isə 86 kvadrat kilometr olub.

Aprel ayının sonunda iqlim sammitində çıxış edən Braziliya Prezidenti Jair Bolsonaru 10 ildən az bir müddətdə qanunsuz meşələrin qırılmasına son qoyulacağına söz verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR