Braziliyada metroda silahlı insident nəticəsində 25 nəfər ölüb - VİDEO

Braziliyada metroda silahlı insident nəticəsində 25 nəfər ölüb - VİDEO
# 06 may 2021 21:17 (UTC +04:00)

Braziliyanın Rio-de-Janeyro şəhərində narkotik qaçaqmalçıları ilə polis əməkdaşları arasında silahlı insident baş berib.

APA yerli “G1” portalna istinadən xəbər verir ki, hadisə şəhər metrosunda olub.

Xüsusi əməliyyat zamanı biri polis zabiti olmaqla, 25 nəfərin öldüyü bildirilir.

Polis zabiti Andre Frias başından aldığı güllə yarasından dünyasını dəyişib.

Bundan başqa, iki sərnişini və iki polis əməkdaşı yaralanıb.

Qeyd edək ki, bu, 2016-cı ildən bəri Braziliyada keçirilən xüsusi əməliyyatda rekord sayda qeydə alınan ölüm sayıdır.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR